Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2024 14:52
"Ermənistan Respublikası Konstitusiyasının heç bir müddəasında qonşu ölkələrə qarşı ərazi iddiaları yoxdur".
Sonxeber.net xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan özünün "X" hesabında yazıb.
"Ermənistan Respublikasının Konstitusiya Məhkəməsi 26 sentyabr 2024-cü il tarixli qərarında qeyd edib ki, Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad yalnız Konstitusiyanın maddələrində təsbit olunmuş bəyannamənin müddəalarına aiddir", - deyə Baş nazir qeyd edib.
Xatırladaq ki, daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin "xalq tərəfindən hazırlanacaq" yeni konstitusiyaya ehtiyacı olduğunu bildirmişdi.
Əslində isə Ermənistan Konstitusiyasında Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müddəanın da yer aldığı Müstəqillik Bəyannaməsinə istinad var.
Konstitusiyada istinad edilən Ermənistan Respublikasının SSRİ-dən rəsmən müstəqilliyini elan edən Müstəqillik Bəyannaməsi 1990-cı il avqustun 23-də Ermənistan Ali Sovetinin birinci sessiyasında qəbul edilib.
12 bənddən ibarət olan bəyannamənin preamblasında Ermənistan SSR Ali Sovetinin və Qondarma Dağlıq Qarabağ İcraiyyə Komitəsinin "Ermənistan SSR-in və Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsi haqqında" 1989-cu il 1 dekabr tarixli birgə qərarı əsasında müstəqil Ermənistan Respublikasının hüquqi çərçivəsi müəyyənləşdirililib.
Ermənistanda bir neçə dəfə Konstitusiya dəyişikliyi olsa da, Qarabağın Ermənistana birləşdirilməsi müddəasının yer aldığı Müstəqillik Bəyannamasinə istinad edilən maddələr dəyişdirilməyib.
1998-ci ildə Ermənistan Mərkəzi Seçki Komissiyası Robert Koçaryanın prezident seçkisindəki namizədliyini konstitusiyanın bu maddəsinə istinad edərək təsdiq etmişdi.