Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2019 17:30
Bakı. Trend:
Azərbaycan dövlətçiliyinin səmərəliliyinin artması bilavasitə Prezident İlham Əliyevin inqilabi qərar və fərmanları ilə bağlıdır.
Trend-in məlumatına görə, bunu “Baku Network” Ekspert Şurasının rəhbəri, Trend Beynlxalq İnformasiya Agentliyinin baş direktorunun müavini, fəlsəfə doktoru Elxan Ələsgərov deyib.
O qeyd edib ki, Azərbaycanda son illərdə keçirilmiş köklü islahatlar iqtisadiyyatın bütün aspektlərinə müsbət təsir göstərib, eləcə də ölkənin maliyyə sisteminin səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldib:
“Eyni zamanda hərbi sahədə vacib islahatlar keçirilib, xüsusilə də sərhəd qoşunlarında, polis və digər güc strukturlarında güc bloku yaradılıb. Dövlət aparatında vacib dəyişikliklər keçirilib və bunlar dövlət idarətçilik sisteminin səmərəliliyini artırıb. Qarşıdan gələn növbədənkənar parlament seçkiləri də Azərbaycan dövlətçiliyinin və vətəndaşlarının maraqlarına yönəlmiş vacib islahatların davamıdır. Növbədənkənar parlament seçkiləri hökumətin dövlət orqanları ilə fəaliyyətinin daha yaxşı əlaqələndirilməsi üçün qanunvericilik sahəsində köklü dəyişikliklər etmık üçün lazımdır. Yeni parlamentə vacib qanunvericilik qərarları qəbul edəcək gənc kadrlar cəlb etmək lazımdır və mən fikirləşirəm ki, Azərbaycanda bunun üçün kifayət qədər kadr potensialı var. Parlament seçkiləri ərəfəsində vətəndaşlarımızı Prezident İlham Əliyevin keçirdiyi dövlət siyasətini dəstəkləməyə və layiqli namizədlərin seçilməsində fəal iştirak etməyə çağırıram”.
Baku Network
Ekspert Şurasının direktoru
Fəlsəfə doktoru
Elxan Ələsgərov
http://bakunetwork.com
Bizə Twitter və Facebook-da qoşulun https://twitter.com/BakuNetwork
https://www.facebook.com/BakuNetwork
Youtube channel: https://www.youtube.com/channel/UCp5ic7mhc6rZF6w0TQWqtm
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin