Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2024 18:00
Prezident İlham Əliyev "Daşınar əmlakın yüklülüyü haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Sonxeber.net xəbər verir ki, sənədə əsasən, qanunun əhatə dairəsi genişləndirilərək, buraya daşınar əmlakın seriya nömrəsi - istehsalçı tərəfindən əmlaka tətbiq edilən hərf, rəqəm və ya onların kombinasiyasından ibarət eyniləşdirmə nömrəsi də daxil edilib.
Prezident İlham Əliyev sözügedən qanunun tətbiqi ilə bağlı fərman da imzalayıb.