Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyevin parlamentin buraxılması barədə sərəncamı Azərbaycanın rifahına yönəlib - Ekspertlər

Prezident İlham Əliyevin parlamentin buraxılması barədə sərəncamı Azərbaycanın rifahına yönəlib - Ekspertlər

Tarix: 5 Dekabr 2019 20:03

Bakı. Mətanət Nəsibova - Trend:

Milli Məclisin buraxılması barədə Azərbaycan Prezidentinin sərəncamı İlham Əliyevin öz xalqının həyat keyfiyyətinin yaxşılaşdırılması kursunun davamıdır.

Bunu Trend-ə rusiyalı ekspert və teleaparıcı Yevgeni Mixaylov deyib.

O bildirib ki, parlamentin yenilənməsi kursu və köhnə məmurların dəyişdirilməsi siyasətə “yeni nəfəs” gətirəcək:

“Daha gəns siyasətçilər dünyadakı dəyişikliklərə daha sayıq reaksiya göstərəcək və ölkə Prezidentinin qoyduğu məqsədlərə nail olmaq və dövlət siyasətini düzgün planlaşdırmaq üçün vaxtlı-vaxtında qərar verəcəklər. Fikrimcə, Azərbaycan dövlətinin başçısı İlham Əliyev xalqın gözləntilərini və tendensiyaları tam dəqiq başa düşüb və dövlət idarəçiliyinin restrukturizasiyası üçün kardinal qərarlar verib. Əminəm ki, qanunvercilik sahəsindəki bu addım müsbət nəticələr verəcək və Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda keçirilən miqyaslı islahatlar siyasətinin davamı olacaq. Dövlət başçısı Azərbaycan vətəndaşlarının milli maraqlarına söykənən düşünülmüş və uzaqgörən siyasət həyata keçirir”.

Türkiyəli ekspert və professor Toğrul İsmayıl Trend-ə bildirib ki, Milli Məclisin buraxılması barədə Azərbaycan Prezidentinin sərəncamı düşünülmüş addımdır və uzaqgörən dövlət siyasətinin göstəricisidir:

“Azərbaycanda hökumət səviyyəsində atılan düşünülmüş addımlar sayəsində ölkə Cənubi Qafqaz regionunda aparıcı dövlətə çevrilib və beynəlxalq arenada öz sözünü deyib. İqtisadiyyat, istehsal, təhsil sahələrində köklü islahatlarla yanaşı, bugünkü günün tələblərinə cavab verən ciddi struktur, kadr dəyişiklikləri keçirilib. Parlamentin buraxılması barədə qərar qanunauyğun addımdır, çünki qanunverici sahədə islahata ehtiyac duyulurdu. Ona görə də dövlət başçısının bu qərarı Azərbaycan dövlətçiliyinin qarşısında dayanan tapşırıq və məqsədlər fonunda inqilabi qərardır”.

Öz növbəsində azərbaycanlı politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov Trend-ə bildirib ki, Prezident İlham Əliyevin Milli Məclisin buraxılması barədə sərəncamı ölkədə keçirilən islahatların ruhuna tam uyğundur, həm də obyektiv və ağıllı qərardır:

“Şübhəsiz ki, qanunvericilik sahəsində miqyaslı islahatların keçirilməsində böyük zərurət var, çünki vacib məsələlərin həlli, zəruri qanunvericilik aktlarının qəbulu məhz parlamentin səmərəli işindən asılıdır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda keçirilən ağıllı və düşünülmüş siyasət Azərbaycan dünya siyasətində, beynəlxalq münasibətlər sistemində vacib rol oynayır. Hesab edirəm ki, dövlət başçısının Milli Məclisin buraxılması barədə sərəncamı Azərbaycan ictimaiyyəti tərəfindən müsbət qarşılanacaq, çünki bu qərar ölkənin inkişafına, işıqlı gələcəyinə yönəlib”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Prezident İlham Əliyevin parlamentin buraxılması barədə sərəncamı Azərbaycanın rifahına yönəlib Ekspertlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ