Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə Azərbayca D-8-ə üzv seçilməsi münasibətilə təbrik etdi

Türkiyə Azərbayca D-8-ə üzv seçilməsi münasibətilə təbrik etdi

Tarix: 19 Dekabr 2024 18:42

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qahirədə İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI sammiti çərçivəsində qardaş Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanla görüşüb.

Sonxeber.net xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı, Türkiyənin xarici işlər naziri Azərbaycanın İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv seçilməsi münasibətilə təbriklərini çatdırıb.

Görüşdə iki ölkə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, Suriyada cari vəziyyət və ölkələrimiz arasında mümkün əməkdaşlıq sahələri, eləcə də, Suriyada humanitar yardım istiqamətində planlar müzakirə edilib.


Etiketlər:  Türkiyə Azərbayca üzv seçilməsi münasibətilə təbrik etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ