Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lüksemburqda muğam konserti təşkil edilib - FOTO

Lüksemburqda muğam konserti təşkil edilib - FOTO

Tarix: 20 Dekabr 2024 15:42

Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyinin təşkilatçılığı ilə Lüksemburqun "Neumüster Abbaye" abbatlığında muğam konserti təşkil olunub.

Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Vaqif Sadıqov konsert iştirakçılarına ölkəmizin zəngin mədəniyyəti, musiqisi haqqında ətraflı məlumat verib. O, tar, kamança və qavalın UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsinin şah əsəri kimi tanınan muğam musiqi janrının fundamental elementləri olduğunu bildirib. Qeyd edib ki, zəngin və rəngarəng Azərbaycan mədəniyyətində muğam xüsusi yer tutur. Tar, kamança və qavaldan ibarət muğam üçlüyü tarixə kök salmış Azərbaycan musiqi ənənələrinin bənzərsiz nümunəsidir.

Sonra Əməkdar artist Sahib Paşazadə (tar), Xalq artisti, tanınmış pianoçu və bəstəkar Yeganə Axundova və Xəyyam Məmmədovun (kamança) müşayiəti ilə xanəndə, Əməkdar artist İlkin Əhmədov "Küçələrə su səpmişəm", "Şuşanın dağları başı dumanlı", "Sarı gəlin" xalq mahnılarını, eləcə də Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Vaqif Mustafazadə, Rauf Hacıyev, Bəhram Nəsibov, Vasif Adıgözəlov, Həsən Rzayev, Fərhad Bədəlbəylinin musiqilərini ifa ediblər.

Konsertdə UNESCO üzrə Azərbaycan Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev, bu ölkələrdə akkreditə olmuş diplomatik korpusun nümayəndələri, Belçika və Lüksemburqun barok musiqisevərləri, Azərbaycan diasporunun üzvləri və yerli incəsənət nümayəndələri iştirak ediblər. (Azərtag)


Etiketlər:  Lüksemburqda muğam konserti təşkil edilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ