Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xankəndidə 50 ildən sonra İLK - FOTO

Xankəndidə 50 ildən sonra İLK - FOTO

Tarix: 21 Dekabr 2024 14:08

İşğaldan azad edilmiş torpaqlarımızda mütəmadi olaraq idman yarışları təşkil olunur.

Sonxeber.net xəbər verir ki, bu dəfə məkan Xankəndidir. Uzun illərdən sonra badminton üzrə ölkə çempionatı Xankəndi şəhərində keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Gənclər və İdman nazirliyi və Azərbaycan Badminton Federasiyasının birgə təşkiatçılığı ilə final yarışı Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə baş tutub.

Təhsil ocağının idman zalında keçirilən badminton üzrə Azərbaycan çempionatında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyin əməkdaşları, Gənclər və İdman naziri Fərid Qayıbov və media nümayəndələri iştirak edib.

Nazirlə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi badminton oynamaqla yarışı açıq elan ediblər.

Ətraflı

Nazir F.Qayıbov çıxışında bildirib ki, bu gün Azərbaycan idmanında tarixi hadisə yaşanır. İşğaldan azad edilmiş torpaqlarımıza idman qayıdır. Mütəmadi olaraq Qarabağın işğaldan azad edilən şəhər və rayonlarında idman yarışları keçirilir. Xankəndi şəhəri də artıq bir neçə idman yarışına ev sahibliyi edib. Nazir Xankəndinin həm də idman mərkəzinə çevriləcəyindən və bu günədək bu şəhərdə keçirilmiş idman yarışlarından da söz açıb.

Qeyd edək ki, 1974-cü ildə Xankəndidə keçirilmiş turnirdə 3 kateqoriya üzrə mükafatçılar sırasında yer alan Azərbaycan badminton ailəsinin dəyərli üzvü Mahmud Məmmədov da fəxri qonaq qismində final qarşılaşmalarını izləyib.

Qalib və mükafatçıları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyin əməkdaşları, Gənclər və İdman naziri Fərid Qayıbov və Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov təltif edib.

Qeyd edək ki, 1974-cü ilin oktyabrında Xankəndidə keçirilmiş Azərbaycan çempionatı, klublar arasında da təşkil olunub. Yarışda 24 kişi və 20 qadın badmintonçu iştirak edib. Klubların mübarizəsində isə "Neftçi", "Məhsul", "Zenit", "Lokomotiv" və "Spartak" komandaları birincilik uğrunda yarışıb.


Etiketlər:  Xankəndidə ildən sonra İLK FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ