Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2024 16:36
Milyarder, "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Mask Almaniyada və Avropada doğum səviyyəsinin aşağı olmasından narahatlığını ifadə edib.
Sonxeber.net bildirir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Almaniya və Avropa çox aşağı doğum nisbətlərinə görə dərin problem içindədir. Onlar tamamilə yox olmaq təhlükəsi ilə üz-üzədir", - Mask deyib.
Bundan əvvəl milyarder xəbərdarlıq edib ki, bəşəriyyət böyük bir demoqrafik böhran təhlükəsi ilə üz-üzədir və bunun nəticəsində bütün xalqlar yox ola bilər.
Mask vurğulayıb ki, İtaliya, Fransa və Yaponiyanın mədəniyyətləri də təhlükə altındadır. /Report