Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2024 17:52
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Nazirlər Kabinetinin iclası keçirilir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, iclasda Suriya məsələsi gündəmdə olacaq. Suriya ərazisinin bir hissəsini nəzarətdə saxlayan terror təşkilatı PKK/YPG-yə qarşı atılacaq siyasi addımlar müzakirə ediləcək.
Bundan başqa, Suriyadakı keçid hökumətlə qurulması planlaşdırılan əlaqələr də qiymətləndiriləcək. Həmçinin suriyalı qaçqınların vətənlərinə təhlükəsiz qayıtması da əsas mövzular sırasındadır.
Məlumata görə, iclasda Türkiyə daxili işlər naziri Əli Yerliqayanın indiyə qədər geri dönən qaçqınlarla bağlı kabinet üzvlərinə məlumat verməsi gözlənilir.