Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2024 00:50
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) tərəfindən keçirilən səsvermənin nəticələri açıqlanıb.
Sonxeber.net xəbər verir ki, fransalı Fransua Leteksye 129 xalla dünyanın ən yaxşı hakimi adına layiq görülüb. İkinci yeri 86 xalla sloveniyalı Slavko Vinçiç, üçüncü yeri isə 74 xalla italiyalı Daniele Orsato tutub.
Xatırladaq ki, Fransua Leteksye AVRO-2024-ün final matçında baş hakim olub.
Qeyd edək ki, 2022-ci və 2023-cü illərin ən yaxşı hakimi seçilən polşalı Şimon Marçinyak bu il yeddinci sırada qərarlaşıb.