Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əli Əhmədov: YAP Azərbaycan parlamentində öz çoxluğunu qoruyub saxlaya biləcək

Əli Əhmədov: YAP Azərbaycan parlamentində öz çoxluğunu qoruyub saxlaya biləcək

Tarix: 6 Dekabr 2019 11:45

Bakı. İlhamə İsabalayeva - Trend:

Növbədənkənar parlament seçkilərinin keçirilməsini səbirsizliklə gözləyirik. Yeni Azərbaycan Partiyası olaraq parlament seçkilərində yaxından iştirak edəcəyik, namizədlərimizi irəli sürəcəyik. Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin kifayət qədər reytinqinin olması bizə ümid verir ki, qarşıdan gələn parlament seçkilərində YAP-ın irəli sürdüyü namizədlər Azərbaycan seçicilərinin böyük əksəriyyətinin rəğbətini və səsini qazanacaq.

Trend-in məlumatına görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov deyib.

Onun sözlərinə görə, YAP Azərbaycan parlamentində öz çoxluğunu qoruyub saxlaya biləcək: "Hesab edirəm ki, Azərbaycanın bütün vətəndaşları parlamentin vaxtından əvvəl buraxılması ilə əlaqədar YAP-ın təşəbbüsünü müsbət qiymətləndirir. Beləliklə də biz Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlar strategiyasına hakimiyyətin digər bir qolunun da, yəni parlamentin də qoşulmasının şahidi oluruq. Parlamentin islahatlar sferasına cəlb olunması islahatların daha böyük sürətlə və intensiv şəkildə həyata keçirilməsini təmin edəcək".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Əli Əhmədov Azərbaycan parlamentində çoxluğunu qoruyub saxlaya biləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ