Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məktəbdə 10 nəfəri öldürən yeniyetmənin valideynlərinə hökm oxundu

Məktəbdə 10 nəfəri öldürən yeniyetmənin valideynlərinə hökm oxundu

Tarix: 31 Dekabr 2024 12:40

Serbiyanın paytaxtı Belqraddakı "Vladislav Ribnikar" məktəbində 2023-cü ilin mayında qətliam törədən yeniyetmənin atası 14,5 il, anası isə 3 il müddətinə azadlıqdan məhrum edilib. Belqrad Ali Məhkəməsinin qərarına əsasən, hücumçunun təlim keçdiyi atıcılıq poliqonunun təlimatçısı da 15 ay həbs cəzası alıb.

Sonxeber.net bu barədə Serbiyanın Radio və Televiziyasına istinadən xəbər verir.

"Belqrad Ali Məhkəməsi 2023-cü il mayın 3-də Vladislav Ribnikar məktəbində doqquz şagirdi və bir mühafizəçini güllə ilə qətlə yetirən, həmçinin beş şagirdi və tarix müəllimini yaralayan oğlanın valideynləri Vladimir və Milyana Keçmanovicə birinci instansiya hökmü çıxardı. Vladimir Keçmanoviç ictimai təhlükəsizliyə qarşı ağır cinayətə görə 12 il, yetkinlik yaşına çatmayan şəxsə qarşı amansızlıq göstərdiyinə görə isə 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun ümumi həbs cəzası 14,5 ildir", - televiziya məhkəmə qərarına istinadən bildirib.

"Hakim qeyd edib ki, sübutlar Keçmanoviçin övladına lazımi psixoloji dəstəyi verməyərək, valideynlik öhdəliklərinə laqeyd şəkildə yanaşdığını göstərir", - məlumatda deyilir. /Report


Etiketlər:  Məktəbdə nəfəri öldürən yeniyetmənin valideynlərinə hökm oxundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ