Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2024 16:06
Türkiyə millisinin futbolçusu İsmayıl Yüksek "Fənərbağça"dan ayrılmaq istəyir.
Sonxeber.net xəbər verir ki, bu barədə yerli "Fotomaç" nəşri məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçi az forma şansı əldə etdiyi üçün mövsümün sonunda İstanbul təmsilçisi ilə vidalaşmağı planlaşdırır.
Oyunçu Avropa klublarından gələcək təklifi dəyərləndirmək niyyətindədir.
Qeyd edək ki, 2020-ci ildən "Fənərbağça"ya məxsus olan İsmayıl Yüksek müxtəlif komandalara icarəyə də verilib. /Report