Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2025 21:12
Korrupsiyaya qarşı mübarizə məhkəməsi Ermənistan parlamentinin keçmiş deputatı Artur Gevorkyan və onun həyat yoldaşı Anna Qasparyanın (keçmiş polis rəisi Vladimir Qasparyanın qızı) 668 milyon dramdan çox (1,7 milyon dollar) müsadirə edilməsinə qərar verib.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, məhkəmə bu məbləğdə olan əmlakı qanunsuz əldə edilmiş hesab edib.
Gevorkyan 1996-1999-cu illərdə İrəvanın Davidaşen bələdiyyəsinin rəhbəri, sonra isə parlamentin üzvü ("Çiçəklənən Ermənistan" partiyasından) Ruben Gevorkyanın qardaşı oğludur. 2008-12-ci illərdə kiçik Gevorkyan özü Davidaşen bələdiyyəsinə (sonralar inzibati rayon) rəhbərlik edib, sonra isə 2012-18-ci illərdə Ermənistan Respublika Partiyasından deputat seçilib.
O, Beynəlxalq dərəcəli idman ustası, 1998-ci il boks üzrə Avropa çempionatının bürünc mükafatçısı, Atlanta (1996) və Sidney (2000) Olimpiya Oyunlarının iştirakçısıdır. Sonralar siyasi vəzifələrlə paralel olaraq bir neçə il respublikanın Boks Federasiyasına rəhbərlik edib.