Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2019 15:20
İdman Arbitraj Məhkəməsi (CAS) “Çelsi”yə tətbiq edilən transfer qadağası ilə bağlı klubun şikayətini təmin edib.
Qol.az CAS-ın saytına istinadən xəbər verir ki, London klubunun pəncərəsi üçün cəzası 1-ə endirilib. Beləliklə, artıq qarşıdakı yanvar ayında onlar futbolçu ala, sata, icarəyə verə və götürə biləcəklər.
Xatırladaq ki, daha əvvəl FİFA yeniyetmə futbolçuların transferi məsələsində beynəlxalq qaydaları pozduğu üçün “Çelsi”yə 2 transfer pəncərəsini əhatə edən qadağa tətbiq etmişdi.