Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev: Heç yerə getməyəcəyik, nə Parisə, nə də Brüsselə

İlham Əliyev: Heç yerə getməyəcəyik, nə Parisə, nə də Brüsselə

Tarix: 7 Yanvar 2025 23:39

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Fransa ilə bağlı heç vaxt danışılmayan bir məsələyə toxunub.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Zənnimcə, bu, hər hansı şəkildə böhrandan çıxmağa kömək edəcək. Son bir neçə ay ərzində biz Fransa hökumətinin nümayəndələrindən təmaslar qurulması üçün siqnallar alırdıq, mənim yaddaşımda onların sayı üç və ya dörddür. Müxtəlif şəxslərdən bizim müxtəlif nümayəndələrə müraciətlər daxil olub və həmişə cavab verilib: "Biz hazırıq". Bəli, biz elə bu gün hazırıq, amma heç yerə getməyəcəyik, nə Parisə, nə də Brüsselə. Bizimlə görüşmək lazımdırsa, burada, Bakıda mümkündür".

Prezident bu yaxınlarda yenə danışmaq və müzakirə aparmaqla bağlı növbəti, verbal diplomatik depeşanın daxil olduğunu diqqətə çatdırıb.


Etiketlər:  İlham Əliyev Heç yerə getməyəcəyik Parisə Brüsselə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ