Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2025 16:55
16:54
Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Sonxeber.net xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Asim Abbasov məhkəməyə barışıq əldə olunması ilə bağlı natoriusda təsdiq olunmuş ərizəni təqdim edib.
Daha sonra zərərçəkən şəxslər sərbəst ifadə verib.
Zərərçəkən Nəzakət Paşayeva sərbəst ifadəsində bildirib ki, heç bir şikayəti və tələbi yoxdur: "Artıq barışıq əldə olunub".
Prosesdə zərərçəkən qisimdə tanınan Nürəddin Cəlilov da "Biz bu gün barışmışıq. Heç bir şikayət və təklifim yoxdur", deyə bildirib.
Daha sonra şahidlər dindirilib.
Məhkəmə yanvarın 16-da davam etdiriləcək./APA
14:13
Xalq artisti Ağadadaş Ağayevlə "MedEra Hospital"ın mühafizəçisi ("Vətən-N Mühafizə" MMC-nin işçisidir) Nurəddin Cəlilov barışıblar.
Sonxeber.net bildirir ki, lent.az-ın hadisə yerində olan əməkdaşı Orxan Rasifoğlu xəbər verir ki, hər iki tərəf barışıq sazişi imzalamaq üçün Bakı şəhəri 44 saylı notariat ofisinə gəliblər.
Xalq artisti Lent.az-a verdiyi eksklüziv açıqlamasında bildirib ki, qarşı tərəflə bütün məsələlərdə ortaq məxrəcə gəliblər:
"Notariusda gəlmişik barışıq üçün. Artıq düşmənçiliyə əsas yoxdur. Hər şey qaydasındadır".
Ağadadaş Ağayevin vəkili Asim Abbasov qeyd edib ki, tərəflər öz aralarında barışıq əldə ediblər indi isə bu barışığı rəsmiləşdirmək üçün buradadırlar. Vəkilin sözlərinə görə, rəsmiləşdirilən barışıq ərizəsi Binəqədi Rayon Məhkəməsində keçiriləcək prosesdə təqdim ediləcək.
"MedEra Hospital"ın mühafizəçisi Nurəddin Cəlilov Lent.az-a açıqlamasında Ağadadaş Ağayevin pərəstişkarı olduğunu və ondan üzr istədiyini deyib:
"Xalqdan və Ağadadaş Ağayevdən üzr istəyirəm. Belə şey olmamalı idi. Artıq barışmışıq və heç bir problem yoxdur".