Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2025 12:04
Yeni doğulan uşaqlara eyni adların təkrar-təkrar verilməsinin qarşısı alınmalıdır.
Sonxeber.net xəbər verir ki, bunu Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.
O bildirib ki, Azərbaycan dilində izahlı lüğətlər hazırlanıb: "Bu lüğətlərdə 12-13 minə qədər ad öz əksini tapıb. Bir məktəbdə, sinifdə Əli, yaxud Fatimə adının 15-20 nəfərə verilməsi yaxşı hal deyil".
Sayalı Sadıqova uşaqlara mürəkkəb adların verilməsini də yaxşı hal hesab etmir:
"Məsələn uşağa Zeynəb, Fatimə, Məryəm adlarının birlikdə verilməsi ilə bağlı müraciət edilmişdi. Bu adların ancaq birinin yazılması tövsiyə edilib"./modern.az