Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı əsirin məcburi imzaladığı sənədin FOTOsu

Azərbaycanlı əsirin məcburi imzaladığı sənədin FOTOsu

Tarix: 15 Yanvar 2025 09:38

Ağamir Əzimovun imzaladığı müqavilədə pul qarşılığında müharibəyə getməsi haqda heç bir bənd yoxdur.

Sonxeber.net bildirir ki,  bu sözləri Axar.az-a açıqlamasında Ağamir Əzimovun anası Sevinc Hüseynova deyib.

O bildirib ki, sosial şəbəkələrdə oğlunun pul müqabilində döyüşə getməsi ilə bağlı şayiələr yayılır:

"Bu, doğru deyil. Biz həmin müqavilənin imzalandığı yeri tapdıq. Müqavilədən də məlumdur ki, oğlum döyüşə ödəniş almadan, məcburi aparılıb. Sözügedən sənəd isə hazırda oğlumun həyat yoldaşındadır".

Qeyd edək ki, Azərbaycan vətəndaşı Ağamir Əzimov Rusiyada miqrantlara qarşı əməliyyat zamanı saxlanılıb və məcburi qaydada Ukrayna müharibəsinə göndərilib. Bu yaxınlarda isə əsir düşüb.

O, Rusiya vətəndaşıdır.


Etiketlər:  Azərbaycanlı əsirin məcburi imzaladığı sənədin FOTOsu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ