Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2025 17:18
Türkiyə Suriyadakı Əsəd rejimi dönəmində adına yaraşacaq bir siyasət yürüdüb.
Sonxeber.net bildirir ki,bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adana şəhərində AK Partiyanın toplantısında çıxışı zamanı deyib.
Ərdoğan ağır zamanlarda Türkiyənin suriyalı qaçqınlara münasibətinə də toxunub: "Biz bu ağır dönəmlərdə nə etdik? Məzluma qucaq açdıq, süfrəmizdə hər zaman mühacirlər üçün yer olduğunu dedik".
O, eyni zamanda Suriyanın azadlıq naminə 1 milyon vətəndaşı qurban verdiyini də əlavə edib:
"İndi isə həmin qucaq açdığımız suriyalı qardaşlarımız başları dik formada azadlığa qovuşmuş ölkələrinə qayıdır. Könüllü olaraq ölkələrinə qayıtmaq istəyənlərə lazımi dəstəyi göstərir və göstərəcəyik, amma heç kəsi buna məcbur etmirik". /Report