Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paris-2024-ün bürünc mükafatçısı: Medalım cəmi 3 günə bərbad hala düşdü, paslanır - FOTO

Paris-2024-ün bürünc mükafatçısı: Medalım cəmi 3 günə bərbad hala düşdü, paslanır - FOTO

Tarix: 20 Yanvar 2025 14:20

"Paris Olimpiadasından sonra mənim də medalım bərbad vəziyyətə düşdü".

Sonxeber.net bildirir ki,  bu sözləri apasport.az-a açıqlamasında Paris-2024-ün yunan-Roma güləşi üzrə bürünc mükafatçısı Həsrət Cəfərov deyib.

Cəfərov turnirdən cəmi 3 gün sonra medalın keyfiyyətini itirdiyini bildirib:

"Vətənə qayıdanda məni qarşılayan insanlar medalımın keyfiyyətsiz olduğunu bildirdilər. Hər kəs məndən soruşurdu ki, medalın niyə bu vəziyyətdədir? Halbuki mən medalımı 3 gün öncə almışdım. Medalım cəmi 3 günə bərbad hala düşmüşdü. İndi də gün keçdikcə vəziyyət daha da pisləşir. Medalın rəngi gedir, həmçinin paslanır".

O da bir çox idmançı kimi medalını geri qaytarmağı düşünür:

"Yeni və keyfiyyətli medalla əvəz edəcəklərini bilsəm, mən də medalımı geri qaytarardım".

Qeyd edək ki, dünya üzrə 100-dən çox idmançı Paris-2024 Yay Olimpiya Oyunlarında qazandıqları medallar keyfiyyətsiz olduğu üçün medalları turnirin Təşkilat Komitəsinə göndəriblər.


Etiketlər:  Paris 2024 bürünc mükafatçısı Medalım cəmi günə bərbad hala düşdü paslanır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ