Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Trampın qılıncla rəqsi gündəm oldu - VİDEO

Trampın qılıncla rəqsi gündəm oldu - VİDEO

Tarix: 21 Yanvar 2025 18:14

ABŞ Prezidenti Donald Tramp dünən andiçmə mərasimindən sonra bir gecədə 3 ziyafətdə iştirak edib.

Sonxeber.net "Daily Mail"ə istinadən xəbər verir ki, tədbirdə həmçinin Trampın ailə üzvləri, siyasətçilər və məşhur şəxslər də iştirak edib. 

Tramp ilk qatıldığı ziyafətdə səhnədə prezident təyyarəsi "Air Force One"ın tərzində hazırlanmış tortu kəsib. Bunun ardınca, o, səhnədə qılıncla rəqs etməyə başlayıb.

Onun bu rəqsi həm zaldakılar, həm də sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Amerikanın yeni lideri dünən and içərək vəzifəsinin icrasına başlayıb. Onun inauqurasiya mərasimində ABŞ-nin keçmiş prezidentləri Co Bayden, Bill Klinton, Barak Obama, seçkilərdəki rəqibi Kamal Harris də iştirak edib.

Həmin görüntüləri təqdim edirik:


Etiketlər:  Trampın qılıncla rəqsi gündəm oldu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ