Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2025 00:12
Paytaxt bazarlarında qaymaq tapmaq çətinləşib.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, satıcıların sözlərinə görə, əvvəlki dövrlərdən fərqli olaraq qaymağı indi Bakıya yalnız sifarişlə gətirirlər.
Bundan başqa təmiz qaymaqdan hazırlanan kərə yağı da qəhətə çəkilib.
Satıcılar deyir ki, xalis kərə yağının əldə olunması böyük zəhmət tələb edir..Həmdə hər keçən il xərclər artır.
Ağartı məhsullarını Sabirabaddan gətirən bu xanım satıcı isə təbii yağın bazarda azalmasının səbəbələrini belə izah edir...
İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, ölkədə südlük istiqamətli heyvanlar tələbatı ödəyəcək sayda deyil. Bununla yanaşı iqlim dəyişmələri, otlaq sahələrinin azalması və digər səbəblərdən də xərclər artırıb. Yaxın vaxtlarda isə qiymətlərdə ucuzlaşma gözlənilmir.
Daha ətraflı videomaterialı təqdim edirik.