Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Turizm reyestrinin qurulması üçün tender elan edilib

Turizm reyestrinin qurulması üçün tender elan edilib

Tarix: 7 Dekabr 2019 15:36

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət Turizm Agentliyi “Dövlət satınalmaları haqqında” qanunun tələblərinə uyğun olaraq, turizm reyestri sisteminin qurulması xidmətlərinin satın alınması məqsədilə açıq tender elan edib.

Trend-in məlumatına görə, açıq tenderdə iddiaçı qismində ixtisaslı işçi heyətinə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.

İddiaçılar öz təkliflərini 2019-cu il 16 yanvar, tender təklifini və təklifin bank təminatını isə 24 yanvar tarixinədək portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların tender təkliflərinin açılışı gələn il 2019-cu il 25 yanvar tarixində dövlət satınalmalarının vahid internet portalında virtual iclas formatında aparılacaq.

Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Turizm reyestrinin qurulması üçün tender elan edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ