Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenski: ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırılmayacaq

Zelenski: ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırılmayacaq

Tarix: 25 Yanvar 2025 21:40

ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırılmayacaq.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Moldova Prezidenti Maya Sandu ilə keçirdiyi mətbuat konfransında deyib.

V.Zelenski ABŞ Dövlət Departamentinin qərarını şərh etməyə hələ hazır olmadığını qeyd edib, lakin Ukraynaya hərbi yardımın dayandırılmayacağını vurğulayıb.

"Müəyyən məhdudiyyətlər mövcuddur, ətraflı baxmaq lazımdır. Humanitar proqramlara 90 günlük məhdudiyyət var. Bilirəm ki, dünyada əvvəllər ABŞ hökuməti tərəfindən dəstəklənən çoxsaylı institutlar var. Mən hərbi yardıma fokuslanmışam, o dayandırılmayıb", - Ukrayna Prezidenti bildirib.


Etiketlər:  Zelenski ABŞ Ukraynaya hərbi yardımı dayandırılmayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ