Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Real"dan ardıcıl 4-cü qələbə

Tarix: 7 Dekabr 2019 18:16

"Real" La Liqada növbəti oyuna çıxıb.

Qol.az xəbər verir ki, Madrid klubu 16-cı turda "Espanyol"la qarşılaşıb. Matç Zinəddin Zidanın komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da, "kral klubu" ölkə çempionatında ardıcıl 4-cü qələbəsini qazanıb.

"Real" - "Espanyol" - 2:0
Qollar:
Varan, 37, Benzema, 79

Bu qələbə ilə xalını 34-ə çatdıran (15 oyun) "Real" turnir cədvəlində 1-ci pillədə qərarlaşıb. "Barselona" 31 xalla (14 oyun) 2-ci, "Sevilya" 30 xalla (15 oyun) 3-cüdür.

 


Etiketlər:  Realdan ardıcıl 4 qələbə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ