Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Klubda daxili problemlər var" - Rahid Əmirquliyev

Tarix: 8 Dekabr 2019 19:32

"Səbail"in kapitanı Rahid Əmirquliyev Premyer Liqanın 14-cü turunda  “Zirə”yə 1:4 hesabı ilə uduzduqları  oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Ötən dəfə də demişdim ki, bu vəziyyətdən çıxmaq üçün bizə bir qələbə lazımdır. Biz də çalışırıq ki, qələbə ilə özümüzə gələk. Bu istəklə meydana çıxmışdıq, ancaq erkən qol buraxdıq. Bundan sonra toparlana bilmədik.

- Qış fasiləsində komandada dəyişiklik gözlənilir?

- Bunu bilmirəm. Bu barədə rəhbərlik və baş məşqçidən soruşsanız, daha yaxşı olar. Fikrimcə, komanda güclənməlidir. Əgər nəsə etmək istəyiriksə, komandaya yeni nəfəs gəlməlidir.

- Baş məşqçiniz Aftandil Hacıyev problemlərinin olduğunu desə də, tam açıqlamır. “Səbail”in daha çox maliyyə, yoxsa intizam problemi var?

- İntizamla bağlı problem yoxdur. Klubda daxili problemlər var. Məşqçi demək istəməyibsə, deməli, belə lazımdır.

- “Zirə” ilə kubokda da qarşılaşacaqsınız. Psixoloji cəhətdən hazır olacaqsınız?

- Böyük hesabla uduzduq. Belə məğlub olmağı istəməzdik. Bu, futboldur. “Qəbələ”yə də belə uduzmuşduq, amma sonra toparlandıq. Yığışıb, rəqibi analiz edəcəyik. Çalışacağıq ki, mərhələni keçə bilək.

 


Etiketlər:  Klubda daxili problemlər var Rahid Əmirquliyev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ