Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2025 13:10
"Turan Tovuz" kolumbiyalı futbolçu Hayderson Hurtadonu heyətinə qatıb.
Sonxeber.net xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
29 yaşlı müdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, peşəkar karyerasına Braziliyada başlayan oyunçu bu ölkənin "Genus", "İtarare", "Azuriz", "Parana", Slovakiyanın "Sered", "Skalitsa" klublarının şərəfini qoruyub. O, son olaraq Çexiyada "Yablonets"in formasını geyinib.