Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artisti təqdimat zamanı öldü - FOTO

Xalq artisti təqdimat zamanı öldü - FOTO

Tarix: 12 Fevral 2025 10:50

"Alan" dövlət ansamblın orkestrinin rəhbəri, Şimali Osetiya-Alaniya Respublikasının Xalq artisti Elza Datiyeva Osetiya qrupu ilə Çeçenistanın "Noxço" dövlət rəqs ansamblının birgə konserti zamanı dünyasını dəyişib.

Sonxeber.net istinadən xəbər verir ki, bu barədə "Sapa 15" Telegram kanalı məlumat yayıb.

Məlumata görə, Elza Datiyeva rəqs nömrəsi zamanı özünü pis hiss edib. Xalq artisti huşunu itirib və konsert yarımçıq qalıb. Həkimlər gəlsə də, onu xilas edə bilməyiblər. Yerli xəbər kanallarının məlumatına görə, Datiyeva xərçəng və ürək problemlərindən əziyyət çəkirmiş.

Sənətçinin vəfat etdiyini respublikanın mədəniyyət naziri Soslan Fidarov təsdiqləyib.

Qeyd edək ki, həmin vaxt onun qızı da zalda olub. /Publika.az


Etiketlər:  Xalq artisti təqdimat zamanı öldü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ