Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fahree xəsarət aldı

Fahree xəsarət aldı

Tarix: 13 Fevral 2025 15:05

Ötən il ölkəmizi "Avroviziya" beynəlxalq yarışmada təmsil edən Fəxri İsmayılovun (Fahree) başına iş gəlib.

Sonxeber.net bildirir ki, sağ əli sarğıda "Xəzər axşamı" verilişinə qonaq gələn sənətçi futbol oynayarkən xəsarət aldığını bildirib.

"Futbol oynayırdım. Topu istədim üzərimdən atım və qol vurum. Əlimin üzərinə yıxıldım. Olan işdir. Ssdəcə əlim burxulub. Tərpətmək olmaz. Bir müddət əlim sarğıda qalmalıdır. Ciddi bir şey yoxdur", - deyə Fəxri vurğulayıb. /olay.az


Etiketlər:  Fahree xəsarət aldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ