Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2025 14:54
Ukraynanın Səudiyyə Ərəbistanında ABŞ və Rusiyanın iştirakı ilə aparılacaq danışıqlarda təmsil edəcək nümayəndələri olmayacaq.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
"Prezident Zelenski bildirib ki, Səudiyyə Ərəbistanında Ukraynanı təmsil edəcək heç bir sözçü yoxdur. Bu gün danışıqlar masasında müzakirə oluna biləcək heç nə yoxdur. Rusiya danışıqlara hazır deyil", - M.Podolyak bildirib.
Podolyakın sözlərinə görə, Rusiya üçün danışıqlar bu 3 səbəb üçün lazımdır:
"Birincisi, ordunu təkmilləşdirmək üçün əməliyyat fasiləsi, ikincisi, ultimatum tələblərini artırmaq, üçüncüsü isə sanksiyalar mövzusunda spekulyasiya..."