Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda yeni söküntü - Kirayə evlər bahalaşacaq? - VİDEO

Bakıda yeni söküntü - Kirayə evlər bahalaşacaq? - VİDEO

Tarix: 16 Fevral 2025 23:08

Qəzalı vəziyyətdə olan köhnə binalar söküləcək.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, Nazirlər Kabineti tərəfindən qəbul edilən qərara əsasən, Bakının Suraxanı rayonu üzrə 63, Nəsimi rayonu üzrə 226, Xətai rayonu üzrə 99, Nərimanov rayonu üzrə 219, Nizami rayonu üzrə 131, Yasamal rayonu üzrə 18, Səbail rayonu üzrə  41, Pirallahı rayonu üzrə 297 yaşayış binasının sökülməsi nəzərdə tutulur.

Şəhər ərazisində mərhələli şəkildə söküntü işləri daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyəcək.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, sözügedən ərazidə kirayə ev axtaranların sayı da artacaq.

Ekspertlər hesab edirlər ki, həmin ərazilərdə tələb təklifi həddindən artıq üstələdiyi üçün süni qiymət artımı qaçılmazdır. Hətta qiymətlərin təxminən 25-30 faiz civarında artması da proqnozlaşdırılır.

Qiymət artımı mənzil bazarında da müşahidə ediləcək.

Ekspert təklif edir ki, söküntü işlərinin mərhələli şəkildə aparılması daha uyğundur. Belə olsa, qiymətləri bir qədər stabil saxlamaq mümkün olar.

Daha ətraflı videomaterialı təqdim edirik. 


Etiketlər:  Bakıda yeni söküntü Kirayə evlər bahalaşacaq VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ