Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2025 15:32
1994-cü ildə Birinci Qarabağ müharibəsinin gedişində erməni silahlı birləşmələrinə əsir düşən və 1 ilə yaxın əsirlikdə qaldıqdan sonra qaçaraq xilas olmağı bacaran Famil Əliyev vəfat edib.
Sonxeber.net xəbər verir ki, bu barədə Famil Əliyevin yaxınları məlumat veriblər.
"Fedya" ləqəbli keçmiş döyüşçünün xəstəlik səbəbindən vəfat etdiyi bildirilib.
Qeyd edək ki, F.Əliyev barəsində sənədli film və çoxsaylı süjetlər çəkilib. O, erməni seperatçılarının mühakimə edildiyi məhkəmə prosesində zərərçəkmiş şəxs qismində iştirak edib.