Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2025 11:30
Əməkdar jurnalist Zaur Baxşəliyev efirdə ağlayıb.
Sonxeber.net xəbər verir ki, kövrək anlar Zaurun aparıcısı olduğu "Bizimləsən" verilişində yaşanıb.
Müəyyən qurumların köməyi isə proqrama şəraitlərin acınacaqlı vəziyyətdə olması ilə əlaqədar pənah gətirən Jalə və Şəlalə bacılarına Qobu qəsəbəsində yerləşən mənzil hədiyyə verilib.
Bacıların bu sevincinə şərik olan Baxşəliyev göz yaşlarını gizlədə bilməyib.
"Bu həyatda bədbin insan deyiləm. Mən hər zaman öz övladlarımı gözümün önünə gətirirəm. Onlar böyüyəndə və müəyyən yerlərə gəlib çatanda bu yaxşılıqlar onların qabağına çıxsın (ağlayır). İki qız uşağı... Nə olsun ki, onların əmi və dayısı var. Amma hamısı özünə... Sizin atanızın dəyərli bir kişi olması, Birinci Qarabağ savaşında döyüşməsi, bədəni - təpədən dırnağa kimi qəlpələrin içində qalması, mərd bir insan olması, onun ruhuna xatir biz bu mücadiləni apardıq. Bu ev sizin halal xoşunuz olsun", - deyə Zaur vurğulayıb.(olay.az)