Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Telegram''da yeni FUNKSİYA - Bu mümkün olacaq - FOTO

''Telegram''da yeni FUNKSİYA - Bu mümkün olacaq - FOTO

Tarix: 19 Fevral 2025 10:32

"Telegram" mesencerinin tərtibatçıları qrup audiokonfransları üçün yeni interfeysi sınaqdan keçirirlər.

Sonxeber.net xəbər verir ki, bu barədə "Telegram Info" kanalı məlumat yayıb.

İOS 11.7.1 versiyasında funksiyanın özü hələ işləməsə də, artıq "debug" menüsu vasitəsilə söhbətə yeni şəxs əlavə etmək üçün düyməni görmək mümkündür.

Əvvəllər mesencerdə yalnız qrup və ya ümumi kanal vasitəsilə üç və daha çox istifadəçi arasında birgə zəng təşkil etmək mümkün idi. İndi istifadəçilər istənilən vaxt yeni iştirakçılar əlavə edə biləcəklər.

Bu funksiyanın bütün istifadəçilər üçün nə vaxt əlçatan olacağı hələ məlum deyil.(Oxu.Az)


Etiketlər:  Telegramda yeni FUNKSİYA mümkün olacaq FOTO


RƏYLƏR