Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sumqayıt'' da özbəkistanlı futbolçu aldı - FOTO

''Sumqayıt'' da özbəkistanlı futbolçu aldı - FOTO

Tarix: 20 Fevral 2025 10:10

"Sumqayıt" yeni transferini açıqlayıb.

Klubdan Sonxeber.net-a verilən məlumata görə, "gənclik şəhəri" təmsilçisi Özbəkistanın "Nasaf" klubunda çıxış etmiş Bobur Abdikholikov ilə 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər sözləşmə imzalayıb.

27 yaşlı hücumçu 9 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Bobur Abdikholikov karyerası ərzində Özbəkistanın "Nasaf", Ukraynanın "Rux" (Lvov), Belarusun "Energetik" (Minsk) və Qazaxıstanın "Ordabası" klublarının şərəfini qoruyub.

Özbəkistan millisinin futbolçusu adıçəkilən ölkənin U-19, U-22 və U-23 millilərində də çıxış edib.


Etiketlər:  Sumqayıt özbəkistanlı futbolçu aldı FOTO


RƏYLƏR