Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Mançester Yunayted”in kilidini aça biləcək adam odur”

“Mançester Yunayted”in kilidini aça biləcək adam odur”

Tarix: 9 Dekabr 2019 15:36

"Mançester Yunayted"in əfsanəvi futbolçusu Rayan Giqqs komandanın "Mançester Siti" üzərində 2:1 hesablı qələbəsini dəyərləndirib.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 46 yaşlı məşqçi Pol Poqbanın "qırmızı şeytanlar"da vacib rolunu da vurğulayıb:

"Böyük bir qələbədir. Bu cür inamla davam etməlisiniz. Futbolçular istər müdafiədə, istər hücumda yaxşı performans göstərdilər. “Mançester Yunayted”in nəhəng klublara qarşı sahib olduğu rekordu və hücuma çıxdıqları zaman rəqibi necə həyəcanlandırdığını bilirik.

Tam bu yerdə Poqbanı geri qazanmaq lazımdır. Komandanın kilidini aça biləcək adam odur".

Qeyd edək ki, Rayan Giqqs 1990-2014-cü illər ərzində "MY"-də çıxış edib.
 


Etiketlər:  Mançester Yunaytedin kilidini aça biləcək adam odur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ