Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gecənin ən qalmaqallı qonağı - FOTOlar

Gecənin ən qalmaqallı qonağı - FOTOlar

Tarix: 3 Mart 2025 13:35

Aktyor Adam Sandler "Oskar"a şortik, köynək və sviterdə qatılıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, onun geyimi gecənin aparıcısı Konan O'Brayanın diqqətini çəkib və səhnədən ona söz atıb. O, Adamdan belə bir mötəbər tədbirə nə geyindiyini soruşub və tərzini "gecə saat ikidə poker oynayan uşaq"la müqayisə edib. 

Komediya ustası Konana cavab olaraq bildirib ki, o, bunu gündəmə gətirənə qədər heç kim onun nə geyindiyi barədə düşünməyib. 

"Görünüşümü sevirəm, çünki yaxşı insanam. Nə geyinib, geyinmədiyim məni maraqlandırmır. Mənim dəbli idman şortikim və tüklü köynəyim səni o qədər incitdi ki, həmyaşıdlarımın yanında məni ələ salmalı oldun?" deyə, aktyor əlavə edib.

Gülüşünü saxlayan Konan ciddi şəkildə Adamdan üzr istəyib: 

"Adam, üzr istəyirəm".

Adam daha sonra Hollivud aktyoru Timoti Şalameyə yaxınlaşaraq onu qucaqlayıb. Belə ki, Adam mavi, Timoti isə sarı rəngdə geyinib. Bu isə Ukrayna bayrağına işarə olduğu kimi qələmə verilib.

Görüntü bir müddət əvvəl ABŞ Prezidenti Donald Trampla Ukrayna lideri Volodimir Zelenski arasındakı qalmaqallı görüşü xatırladıb. Həmin görüşdə də Zelenski rəsmi geyimdə olmayıb.


Etiketlər:  Gecənin qalmaqallı qonağı FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ