Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2019 18:28
İlk xəbər saat 17:57-də yayılıb
Bakı. Samir Əli - Trend:
İran İslam Respublikasının Bakıdakı səfirliyində elektrik kabellərində tüstülənmə baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, dərhal əraziyə nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələri cəlb edilib.
Nəticədə, bir inzibati otaqda elektrik kabelləri və 1,5 m² sahədə taxta atmalar yanıb.
Otağın, habelə inzibati binanın qalan hissəsi yanğından mühafizə olunub.
saat 17:57
İranın Azərbaycandakı səfirliyində tüstülənmə olub.
Trend-in məlumatına görə, tüstülənmə səfirliyin binasında otaqlardan birində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvə və texnikaları cəlb edilib.
Fövqəladə Hallar Nazirliyindən faktı təsdiqləyiblər.
Səfirlikdən Trend-ə verilən məlumata görə, tüstülənmə binada təmir aparılan otaqlardan birində baş verib. FHN əməkdaşlarının səyi nəticəsində tüstülənmənin yanğına keçməsinin qarşısı alınıb.
İlkin məlumata görə, tüstülənmə qısaqapanma nəticəsində baş verib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin