Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2025 21:25
Dominikan Respublikasında çəkilən "Survivor" realiti-şousunda gözlənilməz hadisə baş verib. Yarışda iştirak edən türkiyəli yarışmacıların adada inşa etdiyi sığınacaqlar Dominikan hökumətinin qərarı ilə sökülüb.
Dominikan Turizm Nazirliyi adada tikilən evlərin qeyri-qanuni olduğunu əsas gətirərək onların sökülməsinə qərar verib.
Hadisə qəfil baş verdiyi üçün yarış iştirakçıları böyük şok yaşayıblar. "Survivor" tarixində ilk dəfə baş verən bu hal yarışın gedişatına ciddi təsir göstərə bilər.
Rəsmilər bildiriblər ki, yarışın keçirildiyi ərazi turizm zonası hesab olunduğu üçün burada bu cür müvəqqəti tikililərə icazə verilmir. Yarışın təşkilatçılarının vəziyyəti necə həll edəcəyi və iştirakçıların yeni yaşayış şərtlərinin necə təşkil olunacağı maraq doğurur.