Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2025 20:48
Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun sabiq futbolçusu Luiş Nani Bakıya gəlib.
Bu barədə aparıcı Fəridə Abdulla sosial şəbəkədə məlumat yayıb.
O, həmkarı Ceyhun Əli və keçmiş futbolçu ilə birlikdə çəkdirdiyi fotonu sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, Luiş Nani Azərbaycanda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının püşkatma mərasimində iştirak etmək üçün ölkəmizə təşrif buyurub. (axsam.az)