Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2025 20:50
Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı açıqlaması ilə müzakirələrə səbəb olub.
Sonxeber.net olay.az-a istinadən xəbər verir ki, Xoşqədəm aparıcısı olduğu "Səni axtarıram" verilişində bildirib ki, gəlinlərinin borcudur ona xidmət etmək.
"Oğlan övladlarımı böyütmüşəm, əziyyət çəkmişəm. Gəlinlərimin borcudur yanıma gəlib, mənə xidmət etmək. Qızım yoxdur, kim mənə baxacaq?" - deyə, X.Hidayətqızı vurğulayıb.
Qeyd edək ki, Türkiyəli müğənni Doğuşla ailəli olan X.Hidayətqızının Arın və Arda adlı əkiz oğlan övladı var.