Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2025 15:27
Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkəsinin Donald Trampın təşəbbüsü ilə Qəzzadan təxliyə edilən yarım milyon fələstinlini müvəqqəti qəbul etməyə hazır olacağını bildirib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Livanın "Əl Əxbar" qəzeti məlumat yayıb.
Eyni zamanda, digər mənbələr tərəfindən hələlik təsdiqini tapmayan xəbərdə fələstinlilərin Sinay yarımadasının şimalında onlar üçün xüsusi olaraq ayrılacaq bir şəhərə köçürüləcəyi bildirilir. Bu məqsədlə fələstinlilərin "Rəfah" keçid məntəqəsi vasitəsilə Misir ərazisinə girişinə icazə veriləcək.