Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2019 14:52
“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasında Avstriya “Zalsburq”u ilə matç öncəsi keçirilən mətbuat konfransında tərcüməçiyə irad tutub.
Qol.az xəbər verir ki, tərcüməsi futbolçu Cordan Hendersonun ingiliscədən dediyi sözləri almancaya səhv tərcümə edib. O deyib ki, Henderson oyunun rahat keçəcəyini düşünür. Bu zaman Klopp onun dediklərinə müdaxilə edib.
“Bu, tərcüməçi üçün pis haldır ki, onun yanında doğma dili almanca olan bir məşqçi əyləşib. Henderson dedi ki, bu oyunun əhəmiyyətini bilirik. Bizim üçün asan olmayacaq. Deyilənlərə (tərcüməçiyə xitaban – red.) diqqətlə qulaq asmaq lazımdır. Yoxsa tərcüməni elə mən özüm edərəm. Bu, elə də çətin deyil” – deyə Klopp bildirib.
Xatırladaq ki, bu gün keçiriləcək “Zalsburq” – “Liverpul” matçı Bakı vaxtı ilə saat 21.55-də başlanacaq.