Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Belarusun Baş naziri: Azərbaycanla çoxşaxəli əməkdaşlıq inkişaf edəcək

Belarusun Baş naziri: Azərbaycanla çoxşaxəli əməkdaşlıq inkişaf edəcək

Tarix: 30 Mart 2025 15:30

Əminəm ki, Belarus ilə Azərbaycan arasında çoxşaxəli əməkdaşlıq dost xalqlarımızın rifahı naminə bundan sonra da qarşılıqlı hörmət və etimadlı dialoq şəraitində inkişaf edəcək.

Sonxeber.net xəbər verir ki, bu barədə Belarusun Baş naziri Aleksandr Turçinin Azərbaycanın Baş nazirinə ünvanladığı məktubda deyilir.

"Hörmətli Əli Əsədov, Belarus Respublikasının Baş naziri vəzifəsinə təyin olunmağım münasibətilə təbriklərinizə görə səmimi minnətdarlığımı qəbul edin. Fürsətdən istifadə edərək, Sizə cansağlığı, mühüm dövlət vəzifələrinin həllində yaradıcılıq enerjisi arzulayıram", - məktubda bildirilir.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko martın 10-da ölkənin Baş naziri vəzifəsinə Aleksandr Turçini təyin edib.


Etiketlər:  Belarusun Baş naziri Azərbaycanla çoxşaxəli əməkdaşlıq inkişaf edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ