Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

108 gün əvvəl təyin olunmuşdu, QOVULDU

108 gün əvvəl təyin olunmuşdu, QOVULDU

Tarix: 7 Aprel 2025 20:46

İvan Yuriç "Sauthempton"un baş məşqçisi postunu tərk edib.

Xorvatiyalı mütəxəssis 2024-cü ilin dekabrında komandaya rəhbərlik edib və 108 gün klubda çalışıb. 

Sonxeber.net xarici KİV-ə istinadla bildirir ki, mənbənin məlumatına görə, Simon Rask mövsümün sonuna kimi baş məşqçi postunu icra edəcək.

Aprelin 6-da "Sauthempton" Premyer Liqanın 31-ci turunda "Tottenhem"ə uduzaraq (1:3) Premyer Liqadakı yerini qorumaq şanslarını itirib. Komanda 10 xalla turnir cədvəlində sonuncu, 20-ci yerdədir.

Klub tarixdə hamıdan tez - mövsümün bitməsinə 7 tur qalmış Premyer Liqadan aşağı liqaya düşərək rekorda imza atıb. 

Bundan əvvəlki rekorda çempionatın bitməsinə 6 tur qalmış Premyer Liqada qalmaq şanslarını itirən "Derbi" və "Haddersfild" komandaları olub. /Lent.az


Etiketlər:  gün əvvəl təyin olunmuşdu QOVULDU


RƏYLƏR