Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2025 16:32
Mark Zukerberqin 20 il əvvəlki "Facebook" - bu, real dostlarla real əlaqələrdir" ifadəsi onun "Meta" şirkəti üçün problem yaradıb.
Sonxeber.net xəbər verir ki, bu barədə "The New York Times" yazır.
Hazırda "Meta" şirkətinin fəaliyyəti ABŞ Federal Ticarət Komissiyası (FTC) tərəfindən antiinhisar qanunvericiliyə zidd hərəkətlər baxımından araşdırılır.
"Meta"ya qarşı istintaq onunla əlaqələndirilir ki, bu şirkət istifadəçilərə pulsuz xidmətlər təqdim etməklə rəqiblərini sıradan çıxarır.
Güman edilir ki, əgər Federal Ticarət Komissiyası istintaqda qələbə qazanarsa, bu, antiinhisar qanunvericiliyin daha aqressiv şəkildə tətbiqinə və "Meta" üçün daha sərt cəzalara səbəb ola bilər. /Oxu.Az