Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldonun yeni klubu bəlli oldu: bu Avropa nəhənginə gedir

Ronaldonun yeni klubu bəlli oldu: bu Avropa nəhənginə gedir

Tarix: 13 May 2025 16:02

Kriştiano Ronaldo bir zamanlar formasını geyindiyini doğma klubuna qayıdır.

Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, futbol əfsanəsi formasını geyindiyi "Ən-Nəsr"dən ayrılmaq üzrədir.

İşləri yaxşı getməyən ərəb klubu da oyunçunun yaşını nəzərə alaraq yeni müqavilə bağlamaqdan çəkinib.

Komanda rəhbərliyi Ronaldonun klubun uğurlarından çox şəxsi rekordlarını düşündüyü üçün danışıqları dayandırıb.

40 yaşlı hücumçunu yetişdiyi, 2003-cü ilə qədər formasını tərlətdiyi Portuqaliya nəhəngi "Sportinq" heyətində görmək istəyir.

Komandası ona azad agent kimi qayıtmağı təklif edib.

Bu, futboldan doymayan Ronaldo üçün karyerasını başladığı "Sportinq"də bitirmək əla fürsət olacaq. O, həmçinin yaydan "Sportinq"dən ayrılacağı gözlənilən Viktor Qyökereşi əvəz edə bilər.

Qeyd edək ki, hazırda danışıqlar gedir. 

Hüseyn


Etiketlər:  Ronaldonun yeni klubu bəlli oldu Avropa nəhənginə gedir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ