Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2019 13:36
Bakı. İlhamə İsabalayeva - Trend:
Koreya və Azərbaycan diplomatik münasibətlərin qurulduğu 1992-ci ildən etibarən bir çox sahələrdə, o cümlədən, siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlıq əlaqələrini möhkəmləndirir.
Trend-in məlumatına görə, bunu Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tong-op Kim rəsmi statistik məlumatların istehsalında İKT və kadr potensialının gücləndirilməsi mövzusunda keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, iki ölkə liderlərinin qarşılıqlı səfərləri də daxil olmaqla ölkələr arasında yüksək səviyyədə qarşılıqlı münasibətlər davam etdirilməkdədir: "Bunun bariz nümunəsi kimi bu ilin oktyabr ayında Koreya Milli Assembleyası Milli Məclisi sədrinin Azərbaycana rəsmi səfərini göstərmək olar. Hər iki ölkənin şirkətləri arasında tikinti, İT və istehlak mallarının idxalı kimi müxtəlif sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlıq davam etməkdədir. Bundan əlavə, Koreya mədəniyyətində populyarlığı ilə seçilən qlobal tədbirlər fonunda Azərbaycanda da Koreya adət-ənənələrini və mədəniyətini tanıdan ictimai, diplomatik tədbirlər həyata keçirilməkdədir".
Səfir qeyd edib ki, ikitərəfli əlaqələrin inkişafı üçün göstərilən səylər arasında beynəlxalq əməkdaşlıq layihələrinin həyata keçirilməsi də var.
Tong-op Kim əlavə edib ki, Koreyanın dünyanın ən kasıb ölkələri siyahısında olmasına baxmayaraq, o, qısa müddətdə modernləşmə və sənayeləşməyə nail olan ölkələrdən biridir. Koreya nəinki Tokio Beynəlxalq Əməkdaşlıq təşkilatı ilə, digər qurumlarla da qrant layihələr həyata keçirməkdədir.
Səfirin sözlərinə görə, bu gün Azərbaycan zəngin təbii sərvətlərə malik ölkə olmaqla yanaşı, qeyri-neft sektorunu təşviq edən Dövlət Proqramını həyata keçirir:
"Bu ciddi prosesdə dəqiq milli statistikanın hazırlanması və təmin edilməsi Azərbaycanın bugünkü və gələcək istiqamətini dəqiq göstərməyə xidmət edəcək. İki ölkə arasında statistika sahəsində həyata keçirilən bu əməkdaşlığın əhəmiyyətli olacağına və bu işə böyük töhvə verəcəyinə əminəm".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin