Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2025 09:48
"WhatsApp" mesenceri avtomatik yüklənən fotoşəkil və videoların keyfiyyətini seçməyə imkan verən funksiyanı təqdim edib.
Bu barədə Sonxeber.net "GSMArena" nəşrinə istinadla xəbər verir.
Yeni tənzimləmə "Media yükləmə keyfiyyəti" bəndi altında "Saxlanılanlar və məlumatlar" menyusunda yerləşir.
İstifadəçilərə iki seçim təklif olunur: media fayllarını sıxılmış formada yükləyən "standart keyfiyyət" və daha yüksək təsvir və video çözümlülüyü təmin edən "HD keyfiyyət".
Qeyd edək ki, yeni funksiya sınaq mərhələsindədir və hələlik "Android" əməliyyat sistemi ilə işləyən smartfonlarda "WhatsApp" beta-versiyasının istifadəçiləri üçün əlçatandır.